Bakı. Trend:
Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik.
Trend xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Bu nümunəvi əməkdaşlıqla Türkiyə və Azərbaycan həm öz təchizat təhlükəsizliyinə həm də Avropanın enerji təchizatı təhlükəsizliyinə əhəmiyyətli töhfə verir. Xüsusən də bu gün imzaladığımız müqavilə ilə təbii qaz sahəsində əlaqələrimiz yeni səviyyəyə çatır.
Bu müqavilə çərçivəsində 2030-cu ilə qədər Azərbaycan ehtiyatlarının, təbii qazın və Xəzər ehtiyatlarından təbii qazın, Türkiyəyə əlavə qaz həcmlərinin çatdırılmasını, təbii qazın bir hissəsinin isə Türkiyə üzərindən Avropaya çatacağını proqnozlaşdırırıq. Lakin mühüm məsələ ondan ibarətdir ki, biz bu razılaşma nəticəsində Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik", - o qeyd edib.