...

Əcnəbilərin Rusiyada qalmasına nəzarət gücləndirilir

Dünya xəbərləri Materials 14 May 2024 20:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əcnəbilərin Rusiya Federasiyasında qalmasına nəzarət gücləndirilir.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bildirib.

Onun sözlərinə görə, Rusiya DİN miqrasiya islahatı hazırlayır.

"Xarici vətəndaşların Rusiya Federasiyasında qalmasına nəzarəti gücləndirəcək. Miqrasiya islahatı apararkən ksenofobiyanın artmasına yol vermək olmaz.

Rusiyada əcnəbilər tərəfindən törədilən cinayətlər ümumi cinayətlərin 4%-ni təşkil edir", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti