...

Ağcabədidə 3 otaqlı ev yanıb

Hadisə Materials 2 Avqust 2016 19:53 (UTC +04:00)
Ağcabədi rayonunda vətəndaşa məxsus ev yanıb.
Ağcabədidə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Ağcabədi rayonunda vətəndaşa məxsus ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 169 m² olan birmərtəbəli, 3 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti