Qəbələdə 80 ha biçilmiş taxıl sahəsi yanıb

Hadisə Materials 4 Avqust 2016 08:09 (UTC +04:00)

Bakı. Trend:

Qəbələ rayonu, Əmirvan kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 80 ha biçilmiş taxıl sahəsi yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti