Bakı. Trend:
Bakıda Türkiyə vətəndaşı olan sahibkarın obyektindən mənşəyi məlum olmayan ət aşkar edilib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ucal Ergün tərəfindən rayon ərazisində icarəyə götürülmüş “Ergün Ucal” ət kəsmə məntəqəsində mənşəyi məlum olmayan 200 kiloqram ət aşkar olunaraq götürülüb.