...

Bakıda klinikaya basqın edilib

Hadisə Materials 18 Avqust 2016 13:11 (UTC +04:00)
Bakıda naməlum şəxslər klinikaya basqın ediblər.
Bakıda klinikaya basqın edilib

Bakı. Trend:

Bakıda naməlum şəxslər klinikaya basqın ediblər.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək X.Piriyevaya məxsus mobil telefonu alıblar.

Binəqədi rayon Polis İdarəsi (RPİ) 6-cı Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulublar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti