...

Lənkəran sakinini güllələyən şəxs saxlanıldı

Hadisə Materials 12 Sentyabr 2016 13:04 (UTC +04:00)
Bakı sakini Vidadi Quliyev Lənkəran sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki kirayədə yaşadığı evinə girərərək ona odlu silahdan xəsarət yetirib.
Lənkəran sakinini güllələyən şəxs saxlanıldı

Bakı. Trend:

Sentyabrın 10-da Bakı sakini Vidadi Quliyev Lənkəran sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki kirayədə yaşadığı evinə girərərək ona odlu silahdan qarın və əl nahiyələrindən xəsarət yetirib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, E.Kazımov xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub.

Hadisə yerindən “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti