...

Oğuzda icra nümayəndəliyinin binası qarət edildi

Hadisə Materials 25 Oktyabr 2016 11:47 (UTC +04:00)
Oğuz rayonunda kənd icra nümayəndəliyinin binası qarət olunub.
Oğuzda icra nümayəndəliyinin binası qarət edildi

Bakı. Trend:

Oğuz rayonunda kənd icra nümayəndəliyinin binası qarət olunub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından noutbuk, mikrofon və kamera oğurlamaqda, habelə Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti