...

Qar Bakıda 3 yol qəzasına səbəb oldu

Hadisə Materials 8 Dekabr 2016 11:14 (UTC +04:00)
Qeyri-sabit hava şəraiti ilə bağlı bu gün səhər saatlarında Bakıda 3 yol qəzası baş verib.
Qar Bakıda 3 yol qəzasına səbəb oldu

Bakı. Samir Əli - Trend:

Qeyri-sabit hava şəraiti ilə bağlı bu gün səhər saatlarında Bakıda 3 yol qəzası baş verib.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində ölən və xəsarət alan olmayıb:

"Qəzalarda avtomobillərə ziyan dəyib. Hadisələrin baş verməsinə sürücülərin meteoroloji şəraiti nəzərə almaması səbəb olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti