...

DİN atasını qətlə yetirən şəxsin daha bir cinayətini aşkarladı

Hadisə Materials 13 Dekabr 2016 12:11 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Neftçala rayonunda atasını qətlə yetirdiyi üçün saxlanılan gəncin daha bir qətl hadisəsi törətməsi faktını aşkarlayıb.
DİN atasını qətlə yetirən şəxsin daha bir cinayətini aşkarladı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Neftçala rayonunda atasını qətlə yetirdiyi üçün saxlanılan gəncin daha bir qətl hadisəsi törətməsi faktını aşkarlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, atası Aydını qətlə yetirdiyinə görə dekabrın 7-də tutulmuş Neftçala rayon sakini Emin Heybətovla bağlı polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun digər cinayət əməli törətdiyi də məlum olub.

Məlumatda bildirilir ki, E.Heybətov Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırmaları müəyyən edilib.

Meyitin basdırıldığı yerə baxış keçirilib və qalıqları aşkar edilərək götürülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti