...

Şəmkirdə qətl törədilib

Hadisə Materials 16 Dekabr 2016 12:32 (UTC +04:00)
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Şəmkirdə qətl törədilib

Bakı. Trend:

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 14-də Şəmkir şəhəri ərazisində şəhər sakini Rəhim Ağayev münaqişə zəminində həmyerlisi Süleyman Quliyevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş S.Quliyev dekabrın 15-də orada ölüb. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti