Bakı. Trend:
Paytaxtda münaqişə zəminində bıçaqlanma hadisəsi olub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yaşayan Aygün Kərimovaya münaqişə zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Məzahir Nurəliyev tutulub.