...

3 bölgədə silah-sursat tapılıb

Hadisə Materials 24 Yanvar 2017 11:59 (UTC +04:00)
3 şəhər və rayonda ötən gün silah-sursat tapılıb.
3 bölgədə silah-sursat tapılıb

Bakı. Trend:

3 şəhər və rayonda ötən gün silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhər sakini Qurban Məmmədov tapdığı "RQD-5" markalı qumbaranı könüllü olaraq Nizami (Gəncə) RPİ-yə təhvil verib.

Ordubad şəhər sakini Yaşar Tağıyev tapdığı "Karabin" markalı tüfəngi, 1 ədəd güllə darağını və 259 ədəd müxtəlif çaplı patronu könüllü olaraq RPŞ-yə təhvil verib.

Füzuli rayonunun "Harami Düzü" adlanan ərazisində isə 1 ədəd tank əleyhinə mərmi, 11 ədəd minaatan mərmi və 7 ədəd mərmi alışdırıcı tapılaraq ANAMA əməkdaşlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti