Bakı. Samir Əli - Trend:
Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə fevralın 4-də gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisindəki daş karxanalarından birində baş verib. Həmin karxanada gözətçi işləyən Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Yolçuyev Gəncəvi Binnət oğlunun meyiti səhər saatlarında gözətçi otağında tapılıb.
Meyit müayinə edilib və onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.