Bakı. Trend
Türkiyənin İstanbul şəhərində partlayış həyəcanı yaşanıb.
Trend-in məlumatına görə, Bağcılar rayonunda tikilməkdə olan metro stansiyasının yaxınlığında tüstülənmə qeydə alınıb.
Tüstülənmə barədə vətəndaşlar polisə xəbər verdikdən sonra bölgə polis tərəfindən əhatəyə alınıb.
Daha sonra yeraltı naqillərdə ardıcıl partlayışlar baş verib. Partlayışlar nəticəsində baş verən yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.