...

Ötən gün Kürdə batmış gəncin cəsədi tapıldı

Hadisə Materials 14 Avqust 2017 09:37 (UTC +04:00)
Avqustun 13-də Kür çayında batmış gəncin cəsədi tapılıb.
Ötən gün Kürdə batmış gəncin cəsədi tapıldı

Bakı. Trend:

Avqustun 13-də Kür çayında batmış gəncin cəsədi tapılıb. Belə ki, Trend-ə FHN-dən verilən məlumata görə, Kürün Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batmış, 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 08:10-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti