...

FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsində iştirak edir

Hadisə Materials 30 Avqust 2017 18:39 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir.
FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsində iştirak edir

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir.

FHN-dən Trend-ə verilən məlumata görə, avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə xüsusi avadanlıqla təchiz olunmuş helikopter göndərib.

Artıq Nazirliyin Aviasiya dəstəsinə məxsus “Ka-32A” helikopteri Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti