Bakı. Trend:
Mingəçevir şəhərində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhərində ümumi sahəsi 30 m2 olan avtomobil təmiri sexinin lambirindən ibarət üzlüyü 6 m2 sahədə və sexdə təmirə dayanmış “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.