Bakı. Trend:
Ağcəbədi və Qəbələdə vətəndaşlar ov tüfənglərini polisə təhvil verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Ağcabədi rayonunun Qayğı qəsəbə sakini Pirxan Əlvəndov müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini Laçın RPŞ-yə, Qəbələ rayonunun Tikanlı kənd sakini Vüsal Murtuzov isə “BUM” markalı ov tüfəngini Qəbələ RPŞ-yə könüllü olaraq təhvil veriblər.