...

Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb

Hadisə Materials 9 Noyabr 2017 15:27 (UTC +04:00)
Narkotik tərkibli “T-DOL-200” adlı 10.000 ədəd həb aşkar edilərək götürülüb.
Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb

Bakı. Trend:

Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri birgə tədbirlərlə külli miqdarda narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.

Yardımlı və Cəlilabad rayon polis şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli maddələrin qaçaq yolla daşınmasında şübhəli bilinən Yardımlı rayonunun Gilar kənd sakini İlqar Sultanlı saxlanılıb. Araşdırmalarla onun qaçaq yolla gətirdiyi külli miqdarda narkotik tərkibli həbləri bir İran vətəndaşından aldığı və yaşadığı kəndin yaxınlığındakı meşə massivində gizlətdiyi müəyyən edilib.

Həmin əraziyə baxış zamanı oradan narkotik tərkibli “T-DOL-200” adlı 10.000 ədəd həb aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti