...

Qanunsuz kömür istehsalının qarşısı alınıb

Hadisə Materials 21 Noyabr 2017 13:34 (UTC +04:00)
Oğuz rayonunda qanunsuz kömür istehsalının qarşısı alınıb.
Qanunsuz kömür istehsalının qarşısı alınıb

Bakı. Trend:

Oğuz rayonunda qanunsuz kömür istehsalının qarşısı alınıb.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Oğuzda qanunsuz ağackəsmə, eləcə də kustar üsulla kömür hazırlayıb, ekologiyaya, təbiətə zərər vurulması hallarına qarşı tədbirlər davam etdirilir. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı cari ilin on ayı ərzində Oğuz RPŞ-nin əməkdaşları tərəfindən bir sıra tədbirlər görülüb, bu istiqamətdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 66 protokol tərtib olunub.

Onlardan 12-si meşəqırma fondundan istifadə, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına, müvafiq icazə olmadan ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə, 5-i meşə fonduna aid olmayan ağac və kolların kəsilməsinə və ya məhv edilməsinə, 49-u isə meşə fondu torpaqlarının münbit qatının korlanması barədə olub.

Noyabrın 20-də keçirilən növbəti belə tədbirlər nəticəsində isə qanunsuz olaraq kustar üsulla kömür istehsalı ilə məşğul olan 15 rayon sakininə qarşı inzibati qaydada protokollar tərtib olunub, həmin quyuların üstü örtülərək istifadəsinə qadağa qoyulub.

Eləcə də, Oğuz rayon Polis Şöbəsi tərəfindən CM-nin qanunsuz ağac kəsmə maddəsi ilə 2 cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti