...

Mənzildə 40 yaşlı kişi meyiti tapılıb

Hadisə Materials 1 Dekabr 2017 18:47 (UTC +04:00)
Bakının Xətai rayonunda mənzillərdən birində 40 yaşlı kişi meyiti tapılıb.
Mənzildə 40 yaşlı kişi meyiti tapılıb

Bakı. Trend:

Bakının Xətai rayonunda mənzillərdən birində 40 yaşlı kişi meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və orada aşkarlanan 1977-ci il təvəllüdlü Quliyev Rasim Nəriman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti