...

Penitensiar Xidmət: 13 saylı cəzaçəkmə müəssisəsində məhkum ürək tutmasından vəfat edib

Hadisə Materials 13 Dekabr 2017 19:09 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib.
Penitensiar Xidmət: 13 saylı cəzaçəkmə müəssisəsində məhkum ürək tutmasından vəfat edib

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, adıçəkilən müəssisədə cəza çəkən məhkum Fərhad Mürsəlovun ölümündə Penitensiar Xidmət əməkdaşının adının hallanması həqiqəti əks etdirmir: "Məhkumun ölməsi təbii ölümdür. Bu hadisədə Penitensiar Xidmət əməkdaşının adının hallanması həqiqətəuyğun deyil".

Qeyd edək ki, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu müəssisədə ürək tutmasından vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti