Bakı. Trend:
Oğuz rayonunda qanunsuz ağackəsmə, eləcə də kustar üsulla kömür hazırlayıb, ekologiyaya, təbiətə zərər vurulması hallarının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Oğuz rayonunda qanunsuz olaraq kustar üsulla kömür istehsalı ilə məşğul olan 8 rayon sakininə qarşı inzibati qaydada tədbirlər görülüb, quyuların istifadəsinə qadağa qoyulub.