Bakı. Samir Əli - Trend:
Tovuzda 13 yaşlı qız evlərində qaynar suda yanıb.
Trend-in məlumatına görə, hadisə rayonun Vahidli kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Abdullayeva Taclıbəyim Elbrus qızı yaşadığı evdə ehtiyatsızlıq edib və nəticədə qaynar su qazanı üstünə aşıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti kafi qiymətləndirilir.