...

Telefon oğruları saxlanıldı

Hadisə Materials 17 Fevral 2018 15:48 (UTC +04:00)
Mobil telefon oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Telefon oğruları saxlanıldı

Bakı. Trend:

Ötən gün mobil telefon oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da xətt avtobusunda Bakı şəhər sakini Nemət Həsənovun cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nazim Salmanov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Məmmədov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti