...

Ölü dəniz 9 nəfəri öldürdü - Dəniz daşıb

Hadisə Materials 27 Aprel 2018 18:08 (UTC +04:00)
Ölü dəniz sahilində baş vermiş daşqın nəticəsində itkin düşən israilli tələbələrin 9-nun cəsədi tapılıb, daha 1 nəfərin cəsədinin axtarışları davam edir.
Ölü dəniz 9 nəfəri öldürdü - Dəniz daşıb

Bakı. Trend:

Ölü dəniz sahilində baş vermiş daşqın nəticəsində itkin düşən israilli tələbələrin 9-nun cəsədi tapılıb, daha 1 nəfərin cəsədinin axtarışları davam edir.

Trend-in məlumatına görə, daşqınlara İsrail ərazisində iki gün ərzində yağan aramsız yağıntılar səbəb olub.

Yağıntılar nəticəsində Ölü dənizə axan çayların səviyyəsi kəskin artıb.

Bildirilir ki, daşqın zonasında 25 nəfərdən ibarət turist qrupu olub.

İsrailin baş naziri Benyamin Netenyahu özünün "Twitter" səhifəsində həlak olanların ailələrinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti