Goranboyda baş verən ağır qəza ilə bağlı rəsmi məlumat yayılıb

Bakı. Trend:
DİN Goranboyda baş verən ağır qəza ilə bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, mayın 2-də saat 19 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində kənd sakini Əli Süleymanovun idarə etdiyi “VAZ-2121” və Ağdam rayon sakini Füzuli Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Süleymanov hadisə yerində ölüb, 2 sərnişini, habelə F.Quliyev və sərnişinləri - arvadı Cəmilə və azyaşlı nəvəsi xəstəxanaya yerləşdiriliblər.
F.Quliyev və Cəmilə orada ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq