...

“Nardaran qalası"nda silah-sursat gizlədən şəxs tutulub (FOTO)

Hadisə Materials 28 May 2018 15:29 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
“Nardaran qalası"nda silah-sursat gizlədən şəxs tutulub (FOTO)

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Qurbanovda odlu silah olması, həmin silahı “Nardaran Qalası"nda gizlətməsi barədə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə qeyd edilən yerə baxış keçirlən zaman oradan 1 ədəd “Makarov” markalı tapança və içərisində 7 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silah-sursatın ona məxsus olmasını etiraf edib.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti