...

Həyətlərdən elektrik naqili oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 18 İyun 2018 12:30 (UTC +04:00)
Bakı şəhər sakini Fəqani Əsədov saxlanılıb.
Həyətlərdən elektrik naqili oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Həyətlərdən elektrik naqili oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da N.İmamverdiyevin həyətyanı sahəsindən təmir-tikinti aləti və 120 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəqani Əsədov saxlanılıb.

Onun həmin gün M.Ə.Rəsulzadə və Biləcəri qəsəbələrində daha 3 həyətyanı sahələrdən 420 metr elektrik naqili oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti