...

Ağstafada ferma sahibinə sərxoş halda atəş açan şəxs saxlanılıb

Hadisə Materials 28 İyul 2018 15:14 (UTC +04:00)

Bakı. Trend:

Ağstafada ferma sahibinə atəş açan şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapança ilə öldürəcəyi ilə hədələmiş və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.

Görülmüş tədbirlərlə A.Əliyev saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb.

Onun sərxoş halda olması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti