...

Binəqədidə qazanxana yanıb

Hadisə Materials 7 Sentyabr 2018 16:27 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Binəqədidə qazanxana yanıb

Bakı. Trend:

Bakının Binəqədi rayonunda yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bir dam altında tikilmiş, ümumi sahəsi 100 kv.m olan tikilinin (qazanxana və anbar kimi fəaliyyət göstərir) dam örtüyü 202 sahədə, içərisində olan anbarın yanar konstruksiyaları və taxta yonqar 15 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti