...

Şəmkir sakinindən külli miqdarda narkotik və silah götürülüb (FOTO)

Hadisə Materials 11 Oktyabr 2018 20:38 (UTC +04:00)
Saxlanılan şəxs istintaqa təhvil verilib.
Şəmkir sakinindən külli miqdarda narkotik və silah götürülüb (FOTO)

Bakı. Trend:

Şəmkir sakinindən külli miqdarda narkotik və silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayon Çənlibel kəndində yaşayan, 1975-ci il təvəllüdlü Mehman Heydərovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

Bu zaman yaşayış evinin həyətində yerləşən tövlənin damında asılı vəziyyətdə 2 ədəd 6 kiloqram çəkidə, bundan əlavə yaşayış evinin müxtəlif yerlərindən ümumi çəkisi 1 kiloqram 428.423 qram çəkidə müxtəlif sellofan və kibrit qutularında qablaşdırılmış marixuana aşkar edilərək götürülüb. Həmçinin M.Heydərovun evindən 1 ədəd tir tüfəngi, 1 ədəd snayper tüfənginə məxsus optik nişangah və kustar üsulla hazırlanan xəncər də maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti