...

Alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində ölkədən çıxarılmasının qarşısı alınıb (FOTO)

Hadisə Materials 26 Noyabr 2018 11:38 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və qaçaqmal­çılığa qarşı mübarizə sahəsində əmə­liyyat-axtarış və sərhəd mü­ha­fizə tədbirləri davam etdirilir.
Alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində ölkədən çıxarılmasının qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və qaçaqmal­çılığa qarşı mübarizə sahəsində əmə­liyyat-axtarış və sərhəd mü­ha­fizə tədbirləri davam etdirilir.

DSX-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 20 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin sər­həd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçir­dikləri tədbirlər nəticəsində Bakı-Türkmənbaşı reysi ilə “Bəxtiyar” gəmi­sində yola düşən Türkmənistan vətəndaşları - 1982-ci il təvəl­lüdlü Bullarov Qurhanmuhannedə məxsus “Ford-Tranzit” markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beg­lienə məxsus “Toyota” markalı BG-5081-AG dövlət nömrə ni­şan­lı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində dövlət sər­hə­­din­dən keçirmək cəhdlərinin qarşısı alınıb.

Belə ki, avtomobillərin salonlarında 1524 qutu “Pall Mall”, 490 qutu “Fine”, 800 qutu “Wont”, 10 qutu “Parlament” siqaretləri, 400 ədəd “Mascotte” markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik “Georgian ԝine”, 10 ədəd 0,5 litrlik “Rkatsiteli” markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti