Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Çanakkala vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub. Trend-in mlumatına görə, qəza nəticəsində 4 nəfərin öldüyü, daha 16 nəfərin yaralandığı bildirilir.
Ölən və xəsarət alanların hamısının Türkiyə vətəndaşları olduğu qeyd edilib.
Qəzanın səbəbi barədə hələ dəqiq məlumat açıqlanmayıb. Faktla bağlı araşdırma başlayıb.