...

Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib

Hadisə Materials 29 Dekabr 2018 02:53 (UTC +04:00)
Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib
Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib

Bakı. Tural Turan - Trend:

Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti