...

Keçmiş məhkum dəmir yolu stansiyası ərazisində silahla saxlanılıb

Hadisə Materials 2 Mart 2019 01:55 (UTC +04:00)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəllər quldurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Hüseynovdan nömrəsi silinmiş “Naqan” tipli tapança və iki patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti