...

"Araz" marketin bir işçisini qətlə yetirdi, birini yaraladı...

Hadisə Materials 5 Mart 2019 12:42 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə S.Əliyev 18 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində S.Əliyev "Araz" Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimovu bıçaqlayıb. Nəticədə V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti