...

Bakıda qaçırılan avtomobil Sumqayıtda aşkarlanıb

Hadisə Materials 13 Mart 2019 03:33 (UTC +04:00)
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ü.Kərimov martın 10-da A.Məhərrəmov küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Bakıda qaçırılan avtomobil Sumqayıtda aşkarlanıb

Bakı. Trend:

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ü.Kərimov martın 10-da A.Məhərrəmov küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev nəqliyyat vasitəsi ilə birgə Sumqayıt şəhəri ərazisində müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti