...

Bakıda avtobusu sərxoş vəziyyətdə idarə edən sürücü saxlanılıb (FOTO)

Hadisə Materials 27 Mart 2019 13:26 (UTC +04:00)
Bakıda səhər saatlarında içi sərnişinlərlə dolu avtobusu sərxoş vəziyyətdə idarə edən sürücü saxlanılıb.
Bakıda avtobusu sərxoş vəziyyətdə idarə edən sürücü saxlanılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda səhər saatlarında içi sərnişinlərlə dolu avtobusu sərxoş vəziyyətdə idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyini Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında paytaxtın Səməd Vurğun küçəsində "90-VX-692" dövlət nömrə nişanlı, 83 nömrəli marşut xətti ilə hərəkət edən avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verdiyi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Lakin sürücü yol polislərinə tabe olmayaraq hərəkətini davam etdirib, hətta hərəkət etdiyi marşrut xəttindən belə çıxaraq davamlı qayda pozuntuları törədib. YPX əməkdaşları avtobus sürücüsünü Hənifə Ələsgərov küçəsi və Azadlıq prospektinin kəsişməsində saxlatmağa nail olublar. Sürücünün yol hərəkəti qaydalarını pozması “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə də qeydə alınıb.

Avtobus sürücüsü Təbin Hətəmovun hərəkətləri şübhə doğurduğu üçün o, polislər tərəfindən tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı sürücünün sərnişin avtobusunu sərxoş vəziyyətdə idarə etdyi məlum olub.

Sürücü izahatında da spirtli içki qəbul etdiyini etiraf edib.

Araşdırma zamanı, həmçinin avtobus sürücüsünün nəqliyyat vasitəsini gecə saatlarında qarajda yox, yaşadığı evin yaxınlığında saxladığı və səhər tezdən tibbi müayinədən keçmədən işə çıxdığı məlum olub.

Qeyd edək ki, sərnişin avtobusunun sürücüsü T.Hətəmov barəsində toplanan material qərar verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti