...

Tovuzda məktəb binasında yanğın olub

Hadisə Materials 2 Aprel 2019 18:56 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tovuzda məktəb binasında yanğın olub

Bakı. Trend:

Tovuzda məktəb binasında yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Bozalqanlı kəndində orta məktəbin yerləşdiyi üçmərtəbəli binanın 1-ci mərtəbəsində anbarın yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılan məktəb ləvazimatları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti