...

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatları və spirtli içkilər aşkar edilib

Hadisə Materials 3 Aprel 2019 11:40 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatları və spirtli içkilər aşkar edilib

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz C 180" markalı minik avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan əvvəl qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilən vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı minik avtomobilinin salonundakı qadın çantaları və pivə qutularının içərisində 8600 ədəd "Marlboro filter plus" markalı siqaretlər və 16 ədəd "Moskovskaya" markalı spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti