...

Qubada minik avtomobili yol kənarındakı hasara çırpılıb

Hadisə Materials 8 İyun 2019 01:50 (UTC +04:00)
Qubada yol qəzası baş verib
Qubada minik avtomobili yol kənarındakı hasara çırpılıb

Bakı. Trend:

Qubada yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunda “Kia” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti