...

Toyda partlayış - 5 ölü, 40 yaralı

Hadisə Materials 12 İyul 2019 10:26 (UTC +04:00)
Əfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayış olub.
Toyda partlayış - 5 ölü, 40 yaralı

Bakı. Trend:

Əfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayış olub.

Trend-in məlumatına görə, insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Vilayət qubernatorunun köməkçisi Ataulla Xoqayani faktı təsdiqləyib. Partlayışın törədilməsi və ya bədbəxt hadisə nəticəsində baş verməsi barədə isə məlumat verilməyib.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma uzun müddətdir davam edir və bu ölkədə fəsadlara yol açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti