...

Ağcabədidə “Toyota” aşdı, ölən var

Hadisə Materials 12 Sentyabr 2019 14:03 (UTC +04:00)
Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ağcabədidə “Toyota” aşdı, ölən var

Bakı. Trend:

Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 11-də saat 11 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində Saatlı rayon sakini Mehdi Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti