...

Dəmir yolundan oğurluq edən şəxslər saxlanılıblar

Hadisə Materials 14 Oktyabr 2019 18:45 (UTC +04:00)
Dəmir yolu stansiyalarında oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Dəmir yolundan oğurluq edən şəxslər saxlanılıblar

Bakı. Samir Əli - Trend:

Dəmir yolu stansiyalarında oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Astara dəmir yolu stansiyasında dayanmış teplovozdan 120 litr dizel yanacağı, Sabunçu dəmir yolu stansiyasının ərazisindən 100 metr elektrik naqili, Bakı Yük Stansiyasının ərazisindən isə rels altlığı oğurlamağa cəhd göstərmişlər - Astara şəhər sakini S.Bayramov, Bakı şəhər sakinləri B.Məmmədov, M.Hacıyev və İ.İsmayılov saxlanılıblar.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti