...

Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Hadisə Materials 16 Oktyabr 2019 14:38 (UTC +04:00)
Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.
Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakı. Samir Əli - Trend:

Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 15-də saat 21 radələrində Naftalan şəhərinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulub.

Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Naftalan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılıb.

Naftalan ŞPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti