...

Oğuz rayonunda əl qumbarası aşkar olunub (FOTO)

Hadisə Materials 26 Oktyabr 2019 23:22 (UTC +04:00)
Oğuz rayonu, Böyük Söyüdlü kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub
Oğuz rayonunda əl qumbarası aşkar olunub (FOTO)

Bakı. Trend:

2019-cu il 26 Oktyabr tarixində saat 11:22-də Daxili İşlər Nazirliyinin Oğuz rayon Polis Şöbəsindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Oğuz rayonu, Böyük Söyüdlü kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Oğuz rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Oğuz rayon Polis şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbarasının ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti