...

Bakıda 46 yaşlı kişi küçədə ölümcül bıçaqlandı

Hadisə Materials 28 Oktyabr 2019 17:25 (UTC +04:00)
Bakı sakini küçədə bıçaqlanıb.
Bakıda 46 yaşlı kişi küçədə ölümcül bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakı sakini küçədə bıçaqlanıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanının qarşısında naməlum şəxs Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1973-cü il təvəllüdlü Əzizov Vasif Tofiq oğluna döş qəfəsinin sol tərəfindən, sol çiyinindən, sağ və sol əl nayihələrindən çoxsaylı bıçaq zərbələri endirib.

Yaralı küçədə ağır vəziyyətdə aşkar edilərək 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilsə də, komatoz vəziyyətdə olduğundan dindirilməsi mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti