...

Bakıda 63 yaşlı kişi meyiti tapılıb

Hadisə Materials 26 Noyabr 2019 09:23 (UTC +04:00)
Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bakıda 63 yaşlı kişi meyiti tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Həsənov Taleh Saleh oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti